...

AMDP MÜXALİFƏT LİDERLƏRİNƏ QARŞILIQLI ÖHDƏLİK GÖTÜRMƏYİ TƏKLİF EDİR

Siyasət Materials 7 Sentyabr 2005 16:11 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) parlament seçkilərinin demokratik keçirilməsi, baş verəcək saxtakarlıqların qarşısının alınması məqsədilə bütün müxalifət partiyalarının birgə görüşünü təşkil edəcək. Bu barədə Trend ə AMDP-dən məlumat verilib.

Partiyanın sədri İsgəndər Həmidov müxalifət partiyalarının və bloklarının birgə görüş keçirərək seçki ilə bağlı əməkdaşlığı müzakirəyə çıxarmağı təklif edib. Bu məqsədlə sentyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində görüş keçirməyi planlaşdırıb və partiya rəhbərlərini bu toplantıya dəvət edib.

AMDP müxalifət partiyaları və blokları ilə əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb. Partiya müxalifətdən olan namizədlərin hakimiyyətin namizədlərinə qarşı vahid mövqedən çıxış etməsini və onlarla heç bir əlaqələrin yaradılmamasını, müxalifətçi namizədəlrin bir-birinin əleyhinə kampaniya aparmamasını, seçki kampaniyalarına nəzarəti birgə həyata keçirməyi, müşahidəçilərin işini əlaqələndirməyi, saxtakarlıqların qeydə alındığı məntəqələrdə nəticələrin ləğv olunması üçün birgə mübarizə aparılmasını təklif edir. Həmçinin seçkidə Ən çox səs toplamış müxalifət namizədlərinin səslərinin və hüquqlarının birlikdə qorunmasına dair öhdəlik götürülməsi təklif olunur.

Xəbər lenti

Xəbər lenti