...

MİLLİ DEMOKRATİK QÜVVƏLƏR BİRLİYİ ATƏT VƏ AVROPA ŞURASININ AZƏRBAYCANA QARŞI TUTDUĞU MÖVQEYİNİ PİSLƏYİB

Siyasət Materials 8 Sentyabr 2005 14:22 (UTC +04:00)

"Milli Demokratik Qüvvələr Birliyi (MDQB) ATƏT-in sədri Dmitri Rupel və Avropa Şurasının baş katibi Terri Devisin Azərbaycana qarşı tutduğu mövqeyi pisləyib". Bu barədə Trend agentliyinə MDQB-də təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, MDQB-nin keçirdiyi toplantıda bununla bağlı qərar qəbul edilib: "ATƏT sədri ilə Avropa Şurasının baş katibinin təcavüzkar dövlətə dəstək vermələri münaqişənin həllinə mənfi təsir göstərir".

Beynəlxalq təşkilatların belə bir mövqedən çıxış etmələrinə etiraz edən MDQB tərəfindən bir neçə dəfə onların ünvanlarına müraciət göndərildiyini qeyd edən E.Mirzəbəyli heç bir cavab almadıqlarını bildirib.

E.Mirzəbəyli MDQB-nin toplantısında ölkədəki seçkiqabağı vəziyyətin müzakirə olunduğunu və namizədlərin qeydə alınma prosesində heç bir qanun pozuntusuna rast gəlinmədiyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti