...

AZƏRBAYCAN NAMİNƏ HƏRƏKAT "QARABAĞ: AĞRIM MƏNİM, QÜRURUM MƏNİM" FESTİVALINI KEÇİRƏCƏK

Siyasət Materials 12 Sentyabr 2005 14:41 (UTC +04:00)

"Azərbaycan Naminə Hərəkat (ANH) sentyabrın 14-də saat 17.00-da Əl Oyunları Sarayında "Qarabağ: ağrım mənim, qürurum mənim" festivalı keçirəcək" Bu barədə Trend agentliyinə ANH mətbuat xidmətinin rəhbəri Anar Orucoğlu bildirib.

Onun sözlərinə görə bu ANH-nin ötən il "Karvan" restoranında keçirdiyi yeniyetmələr arasında musiqi festivalının yekun mərhələsdir: "Bu mərhələdə qaliblərə diplomlar, fəxri fərmanlar və bir sıra qiymətli hədiyyələr təqdim ediləcək".

Əsasən vətənpərvərlik musiqilərinin səsləndiriləcəyi bu tədbirdə müğənnilərdən Faiq Ağayev, Aygün Bəylər, Tünzalə Ağayeva, "Dəyirman" qrupu və digər sənətçilərin iştirak edəcəyini də bildirən A.Orucoğlu: "Tədbirin bütün maliyyə xərcini ANH-nin rəhbəri ədliyyə generalı İlqar Qasımov çəkib", - deyə qeyd edib.

Xəbər lenti

Xəbər lenti