...

ELDAR MAHMUDOV: "ELMAR HÜSEYNOVUN ÖLÜMÜ İLƏ BAĞLI MÜƏYYƏN EDİLMİŞ ƏLAVƏ ŞÜBHƏLİ ŞƏXSLƏRİN ADLARI İSTİNTAQ SİRRİDİR"

Siyasət Materials 12 Sentyabr 2005 15:35 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri Eldar Mahmudov "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun öldürülməsi faktı ilə bağlı əlavə şübhəli şəxslərin müəyyən edildiyini təsdiqləyib. Trend məlumat verir ki, nazir həmin şəxslərin adlarının açıqlanmamasının səbəbini istintaqın gedişinə maneçilik törədə biləcəyi ilə əlaqələndirib.

E.Mahmudov: "Elmar Hüseynovun ölümü ilə bağlı çox ciddi istintaq hərəkətləri aparılır. Bilirsiniz ki, Tahir Xubanov və Teymuraz Əliyev axtarışdadır. Bu yaxınlarda həmin məsələ ilə bağlı Gürcüstanın xüsusi xidmət orqanlarının əməkdaşları da Azərbaycanda olublar.

Prezident onları qəbul edib və göruşdə konkret olaraq bu məsələlər ətrafında söhbətlər aparılıb. Mənə elə gəlir ki, biz bu cinayətkarları yaxalayacağıq. Bilirsiniz ki, başqa dövlətlərlə qarşılıqlı istintaq əməliyyat tədbirləri həyata keçirmək bir qədər çətinlik yaradır. Söbət prosesual məsələlərdən gedir.

Ancaq gürcüstanlı kolleqalarımız çox ciddi şəkildə bəyan ediblər ki, istintaq-əməliyyat qrupuna Gürcüstanda işləmək üçün hər cür şərait yaradılıb. Bu yaxınlarda istintaq-əməliyyat qrupu Gürcüstana ezam olunanda biz bunun şahidi olduq. Baxmayaraq ki, sarı mətbuat bu ölüm işi ilə bağlı müxtəlif uydurmalar yazır, ancaq istintaq düz yoldadır.

Mənə elə gəlir ki, müsbət nəticələr əldə edəcəyik. Ətrafda çoxlu sayda şübhəli şəxslər var və onların ətrafında əməliyyat tədbirləri həyata keçirilir. Ona görə də həmin şəxslərin adlarını açıqlaya bilmirik, çünki bu, istintaq sirridir".

Xəbər lenti

Xəbər lenti