...

AZƏRBAYCANIN XİN BAŞÇISI NYU-YORKA YOLA DÜŞÜR

Siyasət Materials 12 Sentyabr 2005 17:02 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 13-də Nyu-Yorka yola düşür. Azərbaycan XİN-dən Trend ə verilən xəbərə görə, səfərin məqsədi sentyabrın 14-16-da BMT-nin Baş Assambleyasının 60 illik sessiyasında iştirak etməkdir.

Sammitdə BMT-nin baş katibi Kofi Annanın beynəlxalq təhlükəsizlik sistemində islahatın aparılması, terrorçuluqla mübarizə, BMT-nin Təhlükəsizlik Şurasında islahatın aparılması və insan hüquqları üzrə daim fəaliyyət göstərən Şuranın yaradılması üzrə konkret tədbirlərin nəzərdə tutulduğu "Daha çox azadlıqda: inkişafa, təhlükəsizliyə və hamı üçün insan hüquqları"na dair məruzəsi əsas müzakirə mövzusu olacaq.

Nyu-Yorka səfəri çərçivəsində E.Məmmədyarovun digər ölkələrdən olan həmkarları, beynəlxalq təşkilatlar və şirkətlərin nümayəndələri ilə görüşəcəyi, həmçinin, bir sıra tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti