Oktyabrın 3-4-də Latviyanın prezidenti Vayra Vike-Freyberq Bakıya gələcək. Hökumətdə Trend ə bildirilib ki, onun Bakıda səfəri çərçivəsində Azərbaycan -Latviya biznes-forumu keçiriləcək.
İxrac və investisiyaların təşviqi Fondunda Trend ə bildirilib ki, biznes forumda maliyyə, energetika, infrastruktur, informasiya texnologiyaları, kommunikasiya, maddi-texniki təchizat, tikinti, qida sənayesi, mühəndislik, biznes-konsaltinq, yüngül sənaye, hüquqi xidmətlər və ticarət kimi sektorları təmsil edən 84 şirkətin iştirak etməsi planlaşdırılır.Forumda iştirak etməsi planlaşdırılan Azərbaycan şirkətlərinin sayı dəqiqləşdirilir.
Azərbaycan prezidenti yanında sahibkarlıq Şurasının Katibliyində qeyd olunub ki, forumun oktyabrın 3-dən 4-dək davam etdirilməsi nəzərdə tutulur.