...

MƏHKƏMƏ QƏRARLARININ İCRASI BAŞ İDARƏSİNİN YÜKSƏK RÜTBƏLİ İŞÇİLƏRİ İLƏ BAĞLI İSTİNTAQ MÜDDƏTİ UZADILIB

Siyasət Materials 20 Sentyabr 2005 13:39 (UTC +04:00)

Sentyabrın 20-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (ƏN MQİBİ) hazırda həbsdə olan yüksək rütbəli əməkdaşları ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində aparılan ibtidai istintaqın mülddəti başa çatıb. Bu barədə Trend ə məlumat verən vəkil Namizəd Səfərov bildirib ki, istintaq müddəti daha iki ay uzadılıb.

Vəkilin sözlərinə görə, 6 aydan artıq davam edən istintaqın müddətinin üçüncü dəfə uzadılmasına səbəb bəzi istintaq hərəkətlərinin, əsasən də şahidlərin dindirilməsinin başa çatmaması ilə əlaqədardır. Belə ki, istintaqa cəlb edilib dindirilən şahidlərin ifadələri əsasında ortalığa yeni epizodlar çıxır və başqa şahidləri dindirmək zərurəti yaranır. Şahidlər arasında cəzaçəkmə müəssisələrində hazırda cəza çəkən dustaqlar da var.

Xatırladaq ki, Müalicə Müəssisəsinin rəisi Nizami Nağıyev, 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Salman Nəcəfov, Baş İdarənin rejim rəisi Səlahəddin Şirinov (MQİBİ-nin keçmiş rəisi Aydın Qasımovun yaxın qohumu) və xidmət rəisi Cavanşir Cabbarov penitensiar sistemdə yeyintilərə və digər pozuntulara yol verməkdə təqsirəndirilirlər.

Xəbər lenti

Xəbər lenti