ATƏT-in Demokratik institutlar və İnsan haqları Bürosunun Azərbaycana qarşıdakı seçkilərin monitorinqi üçün göndərdiyi 30 uzunmüddətli müşahidəçi dünyanın 16 dövlətini təmsil edir. Trend in Büronun Varşavada yerləşən mətbuat mərkəzinə istinadən yaydığı məlumata görə, Bakıya sentyabrın 13-də gələcək uzunmüddətli müşahidəçilər qrupuna Belorus, Danimarka, Fransa, Makedoniya, Almaniya, Yunansıtan, Niderland, Norveç, İsveç, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Böyük Britanyia, Ukrayna və ABŞ-dan olan ekspertlər daxildir.
Məlumatda bildirilir ki, Almaniyadan olan səfir Girt Arensin başçılıq etdiyi müşahidəçilər missiyasının rəhbər komandasına Gerald Jepsen (Harald Jepsen) (Danimarka), Rafael Matey (Raphaelle Mathey) (Fransa), Rikkardo Çelleri (Riccardo Chelleri) (İtaliya), Rasto Kuzel (Rasto Kuzel) Slovakiya, Edvard Soden Bird (Edward Soden-Bird) (Böyük Britaniya), Kerstin Dokter (Kerstin Dokter) (Almaniya), Heydi Smit (Heidi Smith) (Böyük Britaniya), Emil Puriç (Emil Pyrich), Robert Leç (Robert Lech) və Malqosia Faleçka (Malgosia Falecka) (Polşa) daxildirlər.
Eyni zamanda, noyabrın 3 -də 500 nəfərdən ibarət qısamüddətli müşahidəçilərin qrupu Azərbaycanın KİV üçün brifinq keçirəcək.