...

MİSİR MƏRDANOV: AZƏRBAYCANDA TƏHSİL SİSTEMİNİ TƏKMİLLƏŞDİRMƏK ÜÇÜN 7 ƏSAS KOMPONENTİ YERİNƏ YETİRMƏK LAZIMDIR

Siyasət Materials 22 Sentyabr 2005 12:05 (UTC +04:00)
MİSİR MƏRDANOV: AZƏRBAYCANDA TƏHSİL SİSTEMİNİ TƏKMİLLƏŞDİRMƏK ÜÇÜN 7 ƏSAS KOMPONENTİ YERİNƏ YETİRMƏK LAZIMDIR

"Azərbaycanda təhsil sistemini təşkmilləşdirmək üçün 7 əsas komponenti yerinə yetirmək lazımdır". Trend in xəbər verdiyi kimi, bu barədə təhsil naziri Misir Mərdanov YUNİSEF-lə birlikdə "Məktəb uşaqların dostudur" layihəsinin təqdimatına həsr olunmuş seminarda bəyan edib.

Nazirin sözlərinə görə, bu komponentlərə məktəblərin maddi-texniki bazalarının səviyyəsinin və müəllimlərin əmək haqlarının artırılması, təhsil sistemində ciddi dəyişikliklərin edilməsi, cəmiyyətin təhsilə münasibətinin dəyişdirilməsi, valideynlərlə məktəb və şagirdlərlə məktəb arasında əlaqələrin nizamlanması, təhsil sisteminin maliyyələşdirilməsi və onun idarəolunmasının yeni mexanizmlərinə keçmə daxildir.

Təhsil müəssisələri rəhbərlərinin məsuliyyətinin səviyyəsinin aşağı düşməsini diqqətə çatdıran M.Mərdanov nəticədə ictimaiyyətin təhsil işçilərinə etibarının azaldığını bildirib. Onun sözlərinə görə, respublikanın orta məktəblərində ali məktəbi aşağı qiymətlərlə bitirmiş məzunlar işləyir ki, bunun nəticəsində də təhsilin səviyyəsi aşağıdır.

YUNİSEF-in Azərbaandakı nümayəndəsi xanım Hana Singerin fikrincə, Azərbaycanın təhsil sistemində əsas problemlərdən biri ədalət prinsipinin pozulmasıdır. YUNİSEF nümayəndəsi bu problemin həllində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib.

Seminarda Təhsil Nazirliyi və beynəlxalq strukturların nümayəndələri, həmçinin, ölkənin pedaqoji ictimaiyyəti iştirak edib.

Xəbər lenti

Xəbər lenti