...

AZƏRBAYCAN İQTİSADİ İNKİŞAF ÜZRƏ MDB ÖLKƏLƏRİ ARASINDA LİDERDİR

Siyasət Materials 22 Sentyabr 2005 13:23 (UTC +04:00)
AZƏRBAYCAN İQTİSADİ İNKİŞAF ÜZRƏ MDB ÖLKƏLƏRİ ARASINDA LİDERDİR

(İTAR-TASS) - Azərbaycan iqtisadi inkişafına görə MDB ölkələri arasında liderdir. BVF-nin dünya iqtisadiyyatının vəziyyəti və yaxın perspektivləri haqqında Fond və Dünya bankının rəhbər orqanlarının illik toplantısına hazırladığı yeni məruzəsinə əsasən, bu il Azərbaycanda ÜDM 18,7%, gələn il isə 26,6% artacaq. İnflyasiya isə 12,7% artıb.

İqtisadi inkişafın yüksək göstəriciləri Qazaxıstan və Türkmənistanda neft və qaz sektorunda əldə olunacaq (2005-ci ildə 8,8% və 9,6%, 2006-cı ildə 7,7% və 6,5%). Bu göstərici 2005-ci ildə Ermənistan və Tacikistanda 8,0%, Gürcüstanda 7,5%, Belorusiyada 7,1%, Moldaviyada 6,0%, Rusiya və Ukraynada 5,5%, Qırğızıstanda 4,0%, Özbəkistanda 3,5% təşkil edəcək. Baltik ölkələri isə ayrıca qrupa daxil edilib, belə ki, 2005-ci ildə Latviyada 7,8%, Estoniyada 7,0%, Litvada 6,8% artım proqnozlaşdırılır.

MDB ölkələrindən Ukrayna (14,2%), Özbəkistan (14,1), Türkmənistan (13,5) və Moldaviyada (13,3) inflyasiyanın səviyyəsi yüksəkdir.

İqtisadi inkişafa dair 2006-cı il proqnozlarında MDB ölkələri aşağı inkişaf göstəricilərinə malikdir. Bu, Belorusiyada özünün daha kəskin şəkildə büruzə verir - yəni burada 7,1%-dən 4,0%-ə qədər azalma müşahidə olunacaq. Proqnozlarla bağlı şərh verərkən, müəlliflər qeyd edirlər ki, MDB ölkələrində əsas iqtisadi artım qüvvəsi istehlakçı tələbatı olacaq.

Neftdən əldə olunan gəlirlərin nəticəsi kimi bir sıra ölkələrdə maliyyə-büdcə siyasətinin yumşalması gözlənilir. MDB ölkələrində kapital qoyma göstəricisi 21%-ə bərabərdir, bu isə Avropanın keçid iqtisadiyyatına malik ölkələri ilə müqayisədə təxminən 5% azdır.

BVF mütəxəssisləri qeyd edirlər ki, Ukraynada siyasi qeyri-müəyyənlik işgüzar fəallığa və investisiya qoyuluşuna mənfi təsir göstərir.

Bu qeyri-müəyyənlik, həmçinin, metalın qiymətinin aşağı düşmə ehtimalı itqtisadi inkişafı ləngidəcək amilləridir. Kiyev üçün siyasi prioritet isə inflasiya tempinin birrəqəmli ədədlərə qədər azalmasıdır.

Xəbər lenti

Xəbər lenti