...

ŞƏKİ AZƏRBAYCAN PREZİDENTİNİN SƏFƏRİNƏ HAZIRLAŞIR

Siyasət Materials 26 Sentyabr 2005 16:03 (UTC +04:00)

Şəkidə Azərbaycan prezidenti İlham Əliyevin səfərinə hazırlıq işləri aparılır.Bu barədə Trend ə Şəki İcra hakimiyyətinin başçısı Nazim İbrahimov bildirib.

Onun sözlərinə görə, səfərin müddəti hələlik dəqiqləşdirilməyib, amma rayonda hazırlıq - abadlaşdırma işləri aparılır. Kərpiç və konserv zavodları, eləcə də idman-sağlamlıq mərkəzi rəsmi açılış üçün hazırlanır.

Rayonun İcra hakimiyyəti binasının qarşısında Heydər Əliyevin abidəsinin açılış mərasimi nəzərdə tutulur.Bundan başqa, H.Əliyevin xatirəsinə park, büst və muzey açılış üçün hazırlanır.

Xəbər lenti

Xəbər lenti