...

SENTYABRIN 27-29-DA BAKIDA GUAM DÖVLƏTLƏRİNİN SƏRHƏD İDARƏ RƏHBƏRLƏRİNİN NÖVBƏTİ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Siyasət Materials 27 Sentyabr 2005 16:07 (UTC +04:00)

(İA "Novosti" - Qruziya) - Sentyabrın 27-29-da Bakıda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) regional birliyinə üzv dövlətlərin sərhəd idarə rəhbərlərinin növbəti görüşü keçiriləcək. Görüşdə Gürcüstan DİN-nin dövlət sərhəd mühafizə departamentinin nümayəndə heyəti iştirak edəcək.

Bu barədə Gürcüstanın sərhəd departamentinin mətbuat-xidmətindən məlumat verilib.

Görüşdə regionda təhlükəsizliyin təmin olunması, xüsusilə, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, beynəlxalq terrorçuluq, qanunsuz miqrasiya, narkotiklərin və kütləvi qırğın silahlarının qanunsuz dövriyyəsi ilə mübarizə məsələləri müzakirəyə çıxarılacaq.

Görüşdə, həmçinin, beynəlxalq ekspertlər də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti