...

AYAZ MÜTƏLLİBOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Siyasət Materials 30 Sentyabr 2005 19:53 (UTC +04:00)

Sentyabrın 30-da Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə deputatlığa namizəd Ayaz Mütəllibovun apellyasiya şikayətinə baxılıb. Bu barədə Trend ə vəkil Fuad Ağayev məlumat verib.

Şikayət ərizəsi Ayaz Mütəllibovun toxunulmazlıq hüququnun ləğv olunması və barəsində həbs qərarının icra edilməsinə dair baş prokurorun qərarını qüvvədə saxlamış Nəsimi rayon Məhkəməsinin qərarındandır.

F.Ağayev: "Baş prokurorun Ayaz Mütəllibov barəsində həbs qərarına dair sentyabrın 6-da Daxili İşlər Nazirliyinə verdiyi tapşırıqdan sonra Mütəllibov bu məsələni məhkəmə müstəvisində həll etmək qərarına gəlib. Biz Mütəllibov barəsində həbs qərarını ləğv etdirmək üçün əvvəlcə Nəsimi rayon Məhkəməsinə müraciət etdik. Ancaq məhkəmə qərarı qüvvədə saxladı və öz növbəmizdə Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verdik. Təəssüflər olsun km, əvvəlcədən də gözlədiyimiz kimi, apellyasiya instansiyası Ayaz Mütəllibovun şikayətini təmin etmədi və Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxladı".

Vəkil bildirib ki, oktyabrın 3-də Apellyasiya Məhkəməsinin çıxardığı qərarın surətini əldə edəcək. Bundan sonra həmin qərardan Ali Məhkəməyə kassasiya qaydasında şikayət ərizəsi verəcək.

Xəbər lenti

Xəbər lenti