...

SİYASİLƏR "AZADLIQ" BLOKUNUN OKTYABRIN 9-DA KEÇİRMƏK İSTƏDİYİ MİTİNQƏ MÜNASİBƏT BİLDİRİBLƏR

Siyasət Materials 10 Oktyabr 2005 16:07 (UTC +04:00)

"Azadlıq" bloku oktyabrın 9-də yenə də qarşıdurmaya cəhd göstərməklə yanaşı sçkiöncəsi cəmiyyət arasında çaşqınlıq yaratmğa cəhd göstərib" Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı onu da qeyd edib ki, radikal müxalifət qarşıdurma yaratmağa nə qədər cəhd göstərsə də dövlət bunun qarşısını lazımi qaydada alacaq: "Müxalifət qan tökməyə xidmət edir, günahsız insanları qabağa verməklə özü onların arxasında gizlənir. Əgər xalq onların səsinə səs verirsə, onda müxalifət üçün hansı meydanda mitinq keçirmələri önəm kəsb etməməlidir".

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov isə bildirib ki, iqtidar müxalifətin mitinq keçirməsi üçün şərait yaratmalıdır: "İqtidar müxalifəti hər tərəfdən boğur. Bir tərəfdən danışıqlardan, dialoqlardan imtina edir, digər tərəfdən isə insanlara zor göstərir".

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə isə qarşıdurmanın əleyhinə olduğunu söyləyib: "Buna yol vermək olmaz. Xüsusilə də seçkiöncəsi bir durumda".

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, mitinqlərə icazə verilməlidir: "Azadlıq" blokuna "Azadlıq" meydanını da vermək lazımdır. Lakin mənə elə gəlir ki, adıçəkilən blokun indii keçirdiyi mitinqlər seçki təbliğatına xidmət etmir. Onların məqsədi tamam başqadır".

Xəbər lenti

Xəbər lenti