...

PARLAMENTLƏRARASI İTTİFAQIN 113-CÜ ASSAMBLEYASI ÖZ İŞİNƏ BAŞLAYACAQ

Siyasət Materials 11 Oktyabr 2005 16:05 (UTC +04:00)

Oktyabrın 17-dən 21-dək Cenevrədə Parlamentlərarası İttifaqın 113-cü Assambleyası keçiriləcək. Trend xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin deputatları Gülçöhrə Məmmədova, Rizvan Cəbiyev və Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Namiq Əliyev təmsil edəcək.

Rizvan Cəbiyev Trend agentliyinə bildirib ki, tədbirdə iqtisadi silahlı münaqişələrə, terrorizmə qarşı mübarizədə parlament və medianın vəzifələri, miqrasiya, demokratiyanın inkişafında parlamentlərin rolu və digər məsələlər müzakirə ediləcək: "İclasdan sonra oktyabrın 20-də "Qadınlara qarşı hər cür ayrıseçkiliyin qaldırılması" mövzusunda seminar keçiriləcək".

R.Cəbiyev onu da bildirib ki, gündəlikdə duran məsələlər Azərbaycana da aid olduğundan onlar tərəfindən çıxışlar da olacaq. BMT ilə birgə təşkil ediləcək bu tədbirdə qadınların qarşılaşdığı problemlər barədə fikir mübadiləsi aparılacaq. Oktyabrın 22-də deputatlar vətənə qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti