...

MBD müşahidə missiyasının rəhbəri: "Seçki prosesində ciddi neqativ faktlar müşahidə etməmişik"

Siyasət Materials 24 Oktyabr 2005 18:51 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkilərini izləmək üçün artıq Bakıda qərargahı yaradılmış Müstəqil Dövlət Birliyinin (MBD) müşahidəçilər missiyasının ölkənin 4 bölgəsində bölmələri fəaliyyətə başlayıb. Bu barədə Trend ə MDB müşahidə missiyasının rəhbəri Yevgeniy Slaboda məlumat verib.

Y.Slaboda bildirib ki, müşahidəçilər missiyasının Lənkəranda, Naxçıvanda, Gəncədə və Xaçmazda da qərargahları fəaliyyət göstərir. Onun sözlərinə görə, MBD müşahidəçiləri ölkənin bütün seçki dairələrində müşahidə aparacaq. Missiyanın qeydiyyatdan keçən müşahidəçilərin sayı 150-dən çoxdur. Yevgeniy Slaboda bildirib ki, müşahidə missiyası fəaliyyətini seçkidən sonra başa çatdıracaq və apardıqları müşahidələrin nəticəsi kimi sonda rəy hazırlanacaq.

Ölkədəki seçkiöncəsi kampaniyanın gedişi barədə fikirlərini bildirən missiya rəhbəri deyib ki, bu situasiyanı hələlik tam qiymətləndirmək çətindir. Çünki seçki prosesi hələ başa çatmayıb və MBD müşahidə missiyası öz fəaliyyətini davam etdirir. Amma Y.Slaboda deyib ki, fəaliyyətə başladıqları ərazilərdə- Bakıda, Xaçmazda, Ləkəranda, Naxçıvanda seçki prosesi ilə bağlı işlər Mərkəzi Seçki Komissiyasının təqvimi əsasında, müvafiq qaydalara uyğun şəkildə gedir. Missiya rəhbərinin sözlərinə görə, onlar bu proseslərdə ciddi neşqativ faktlar müşahidə etməyiblər. Amma xırda texniki səhvlər baş verir belə halların davamlı olacağı da istisna deyil: "Qanun pozuntuları sırasında məsələn, seçici siyahılarına səsvermə üçün nəzərdə tutulan yerlərdə rast gəlinməsini qeyd etmək olar. Amma hesab edirəm ki, belə qüsurlar yoluna qoyula biləcək hallardır"-deyə Y.Slaboda bildirib.

Y.Slaboda onu da deyib ki, rəhbərlik etdiyi müşahidə missiyası Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV), həmçinin siyasi partiyaların, seçki bloklarının namizədlərinin iştirak etdiyi aparıcı televiziya verilişlərinin monitorinqini aparır.

O, müxalifət partiyalarının və seçki bloklarının rəhbərləri ilə görüşlər keçirdiyini də deyib. Missiya rəhbəri əlavə edib ki, MDB çərçivəsində başqa müşahidəçilər qrupu seçki ilə bağlı Azərbaycana gələ bilərlər. Lakin onların müşahidəsi artıq müstəqil şəkildə, fərdi qaydada həyata keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti