...

Ədliyyə naziri AŞPA nümayəndələrini qəbul edib

Siyasət Materials 31 Oktyabr 2005 17:53 (UTC +04:00)

Oktyabrın 31-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitəsinin sədr müavini Eduard Lintnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fikrət Məmmədov qonaqlara Azərbaycanda həyata keçirilən demokratik islahatlar, həyatın bütün sahələrini əhatə edən mütərəqqi dəyişikliklər, insan haqlarının, o cümlədən, vətəndaşların seçki hüquqlarının təmin edilməsinə yönəlmiş tədbirlər barədə məlumat verib. Həmçinin bu sahədə ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd edib.

Eduard Lintner də öz növbəsində Azərbaycanda tam obyektiv və ədalətli parlament seçkilərinin keçirilməsi üçün mövcud əlverişli şəraitdən, namizədlərə bərabər imkanlar yaradılmasından məmnun qaldığını bildirib. O. ölkəmizdə həyata keçirilən islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib.

AŞPA nümayəndələri həmçinin Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində görülən işləri, xüsusilə bununla bağlı yüksək vəzifəli məmurlara qarşı görülən qəti tədbirləri müsbət səciyyələndiriblər. Təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəkləyərək, bu sahədə yardım göstərməyə daim hazır olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti