...

Yabanı dərman bitkilərinin yığılması lisenziyalaşdırılacaq

Siyasət Materials 31 Oktyabr 2005 19:47 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 31-də "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" fərmana dəyişiklik və əlavələrin edilməsinə dair fərman imzalayıb. Trend bildirir ki, sentyabrın 2-də 782 nömrəli fərmanla təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı"na, eləcə də "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı"na müvafiq olaraq 34 və 15-ci bəndlər daxil edilir.

Hər iki bənd yabanı (səhra) dərman bitkiləri xammalının yığımına aiddir.Beləliklə, bu fəaliyyət növü də lisenziyalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti