...

Azərbaycanın Los-Ancelesdə baş konsulu təyin edilib

Siyasət Materials 14 Noyabr 2005 20:45 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 14-də imzaladığı sərəncama əsasən, Elin Emin oğlu Süleymanov Los-Ancelesdə baş konsul təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Elin Süleymanova I dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Qeyd edək ki, E.Süleymanov Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsində, həmin müddətədək isə Azərbaycanın ABŞ- dakı səfirliyində işləmişdir.

Xəbər lenti

Xəbər lenti