...

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi "Azadlıq" blokunun nümayəndələri ilə görüşüb

Siyasət Materials 18 Noyabr 2005 16:23 (UTC +04:00)

Noyabrın 18-də Bakı Şəhər Baş Polis İdraəsinin (BŞBPİ) rəisi Məhərrəm Əliyev "Azadlıq" blokunun nümayəndələri ilə görüşüb. Bu barədə Trend ə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev məlumat verib.

Məhərrəm Əliyevin, Yaşar Əliyevin, Bakı şəhər Prokurorluğunun birinci müavini Hafiz Babayevin, "Azadlıq" blokunun nümayəndələri Həsən Kərimovun (AXCP (i), Məmməd Zeynalovun (Müsavat partiyası) və Nurəddin İsmayılovun (ADP) iştirakı ilə keçən görüşdə "Azadlıq" blokunun noyabrın 19-na planlaşdırdığı mitinqlə bağlı texniki məsələlər müzakirə olunub. Tərəflər arasında aksiyanın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş müddət ərzində başa çatdırılması, həmçinin, mitinqdən sonra gənclərin şəhərdə yürüş etməsinə imkan verilməməsi ilə bağlı razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti