...

Üç vəkilin fəaliyyətinə xitam verilib

Siyasət Materials 22 Noyabr 2005 14:18 (UTC +04:00)

Noyabrın 22-də Nəsimi rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üç vəkilinin fəaliyyətinə xitam verilməsi barədə qərar çıxarılıb. Bu barədə Trend ə həmin vəkillərdən biri Namizəd Səfərov məlumat verib.

VK-nın fəaliyyətlərinə xitam verilməsi ilə bağlı iddia qaldırdığı vəkillər 12 saylı hüquq məsləhətxanasının vəkilləri Namizəd Səfərov, Lətifə Əliyeva və Hidayət Süleymanov olub.

İyulun 11-də 12 saylı hüquq məsləhətxanasında keçirdikləri iclas olub. Hüquq məsləhətxanasının sədri Rəşid Bağiyev vəfat edəndən sonra məsləhətxanın 20 nəfərdən ibarət üzvü yığışaraq vəkil Lətifə Əliyevanı müvəqqəti sədr seçib. Lakin VK rəhbərliyi həmin iclasın nəticəsini tanımayıb və VK-nın Rəyasət heyəti iclas təşkilatçılarının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Sonra isə bu qərarı təsdiqlətmək üçün məhkəməyə müraciət edib.

İki aydan artıq məhkəmə araşdırması aparılıb və nəticədə məhkəmə VK-nın qərarını düzgün hesab edərər vəkillərin fəaliyyəti xitam verilməsi barədə qərar çıxarıb.

Lakin vəkillər məhkəmənin qərarını ədalətsiz hesab ediblər və qərarın surətini əldə edəndən sonra Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.

Xəbər lenti

Xəbər lenti