...

Əli Həsənov: Azərbaycan hakimiyyəti ATƏT DİİHB-nin parlament seçkiləri ilə bağlı ilkin qiymətləndirməsindən razıdır

Siyasət Materials 25 Noyabr 2005 18:14 (UTC +04:00)

Azərbaycan hakimiyyəti ATƏT DİİHB-nin müşahidə missiyasının respublikada keçirilən parlament seçkiləri ilə bağlı ilkin qiymətləndirməsindən razıdır. Trend bildirir ki, noyabrın 25-də jurnalistlərlə söhbətində Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu barədə bəyan edib.

Onun fikrincə, ATƏT-in yekun bəyanatı da artıq açıqlanmış hesabatdan əhəmiyyətli dərəcədə fərqlənməyəcək. "ATƏT-in 6 noyabr seçkiləri ilə bağlı ümumi xarakteristikası ondan ibarətdir ki, seçkilər ümumiyyətlə normal keçib və yalnız bəzi məntəqələrdə beynəlxalq standartlara uyğun olmayıb"-deyə PİA nümayəndəsi bildirib və qeyd edib ki, ilkin hesabata əsasən 87% seçki məntəqəsində səsvermə beynəlxalq standartlara uyğun keçirilib.

"Beynəlxalq müşahidəçilərin ilkin qiymətləndirməsi respublika hakimiyyətini tamamilə qane edir və biz hesab edirik ki, prezident İlham Əliyev tərəfindən Seçki Məcəlləsinin pozulması faktlarının aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ATƏT-in yekun hesabatı daha böyük müsbət məqamları əhatə edəcək"-deyə Ə.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti