...

Ali məhkəmənin sədri Filippində beynəlxalq konfransda iştirak edib

Siyasət Materials 5 Dekabr 2005 19:48 (UTC +04:00)

Ali məhkəmənin sədri Ramiz Rzayev noyabrın 28-dən 30-dək Filippin Ali məhkəməsinin DB və AİB-in yardımı ilə təşkil etdiyi "XXI əsr məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı məhkəmə-hüquq islahatları" mövzusunda Manila şəhərində keçirilmiş beynəlxalq konfrans və sərgidə iştirak edib. Bu barədə Trend Ali məhkəmənin mətbuat xidmətinə istinadən bildirir.

Tədbirin məqsədi Asiya və Sakit okean reqionu ölkələrində məhkəmələrin müstəqilliyi ədalətliliyi, şəffaflığı təsirliliyi nəzərə alınmaqla məhkəmə-hüquq islahatlarının aparlması təcrübəsinə və həyata keçirilmiş mükkəmməl təcrübələrə dair qarşılıqlı fikir mübadiləsi aparılması, bu islahatların inkişaf etdirilməsində hakimlərin və hüquq institutlarının əməkdaşlığının genişləndirilməsi olub. Beynəlxalq konfransda Asiya və Sakit okean ölkələrində keçirilmiş məhkəmə islahatlarından elektron kitabxana şəbəkəsinin hazırlanması barədə razılıq əldə edilib. 3 gün davam edən konfransda tədbir iştirakçıları plenar və paralel sessiyalarda həyata keçirilmiş mükkəməl təcrübə, məhkəmələrə edilmiş müpaciətlərin platforması və sessiyadan kənar qruplarda məhkəmə islahatları layihələrinin təqdimatına dair fikir mübadiləsi aparıb. Tədbirə 45 ölkədən Ali məhkəmə sədrləri və baş hakimləri dəvət olunub. Sonra iştirakçı dövlətlər yekun sənəd kimi Manila bəyannaməsini qəbul edib.

Xəbər lenti

Xəbər lenti