...

Çinin yeni səfirinin Azərbaycana gələcəyi tarix dəqiqləşdirilib

Siyasət Materials 7 Dekabr 2005 18:16 (UTC +04:00)

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı yeni səfiri Can Hay Co dekabrın 15-də Bakıya gələcək. Bu barədə Trend ə ÇXR-nin Azərbaycandakı səfirliyinin müşaviri Sun Veydun bildirib.

Müşavirin sözlərinə görə, C.H.Co ÇXR-nin Azərbaycandakı beşinci səfiridir. Müşavir həm də bildirib ki, yeni səfir təcrübəli diplomatdır. Azərbaycana təyin edilənədək o, ÇXR XİN-in Şərqi Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini işləyib. Azərbaycan onun səfir kimi işləyəcəyi ilk ölkədir.

Qeyd edək ki, ondan öncəki səfir Çan Siyun Azərbaycanda diplomatik missiyasının başa çatması ilə əlaqədar olaraq oktyabrın əvvəlində ölkəni tərk edib.

Xəbər lenti

Xəbər lenti