...

Əli Kərimli 26 noyabr aksiyası ilə bağlı istintaqa ifadə verib

Siyasət Materials 7 Dekabr 2005 18:40 (UTC +04:00)

"Azadlıq" blokunun həmtəsisçisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli dekabrın 7-də Bakı şəhər prokurorluğuna çağırılaraq ifadə verib. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Əli Kərimli müxalifətin 26 noyabr aksiyasının sonunda baş verən hadisələrlə bağlı dindirilib. O, aksiyanın təşkilatçılarından biri kimi meydanda baş verən hadisələr, polislərin aksiyanı dağıtması, mitinq iştirakçılarının xəsarətlər alması və digər hadisələr haqqında istintaqa danışıb.

Qeyd edək ki, 26 noyabr aksiyası ilə əlaqədar cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti