...

Azərbaycan prezidenti Məkkədən Bakıya qayıdıb

Siyasət Materials 8 Dekabr 2005 18:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və onu müşahidə edən şəxslər dekabrın 8-də İslam Konfransı Təşkilatının (İKT) 3 günlük sammitinin keçirildiyi Məkkədən Bakıya qayıdıblar. Trend in məlumatına görə, Azərbaycan dövlətinin başçısı dekabrın 8-də İKT-nın qapalı iclasında iştirak edib və müzakirələrdən sonra Bakıya gəlib.

Səfər çərçivəsində Azərbaycan prezidenti xarici ölkələrdən olan həmkarları, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirib.

Dekabrın 6-da İ.Əliyev Kiçi həcc (ümrə) ayinini yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti