...

Müxalifətin 10 dekabr aksiyası təxirə salınıb

Siyasət Materials 8 Dekabr 2005 18:43 (UTC +04:00)

Müxalifətin 10 dekabrda keçirilməsi nəzərdə tutulan yürüş-mitinqi təxirə salınıb. Bu barədə Trend ə aksiyanın təşkilatçılarından biri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov məlumat verib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 10 dekabr aksiyasının "Qələbə" meydanında deyil, "Motodrom"da keçirilməsinə izacə verib. Həsən Kərimov bildirib ki, "Azadlıq" blokunun liderləri kütləvi aksiyaların "Motodrom"da heç bir vaxt keçirilməməsinə qəti qərar veriblər. Buna görə də Bakı Şəhər İcra Hakimiyyətinin təklifini qəbul etməyiblər.

"Biz indiki şəraitdə razılaşdırılmamış aksiyaların keçirilməsini məqəsəduyğun hesab etmirik. Çünki aksiyalara izacə verilməməklə hakimiyyət bizi təxribata çəkmək istəyir. Ona görə də 10 dekabrda keçirilməsi planlaşdırılan aksiyanın təxirə salınmasına qərar verdik",- deyə Həsən Kərimov bildirib.

Xəbər lenti

Xəbər lenti