...

Azərbaycan prezidenti Nadir Əbdürrəhmanovu "Şöhrət" ordeni ilə təltif edib və yazıçı Xalidə Hasilovanın xatirəsini əbədiləşdirib

Siyasət Materials 9 Dekabr 2005 18:30 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 9-da Nadir Əbdürrəhmanovun "Şöhrət" ordeni ilə təltif olunması haqda sərəncam imzalayıb. Trend in məlumatına görə, N. Əbdürəhmanov bu mükafata "Azərbaycanın təsviri sənətinin inkişafı sahəsində xidmətlərinə görəü" layiq görülüb.

Azərbaycanın dövlət başçısı digər sərəncamla Bakı Şəhəri İcra Hakimiyyətinə Azərbaycan yazıçısı Xalidə Hasilovanın xatirəsini əbədiləşdirmək məqsədilə Fəxri Xiyabanda onun qəbirüstü abidəsinin tikilməsini tapşırıb.

Xəbər lenti

Xəbər lenti