...

Azərbaycanda 10 seçki dairəsi üzrə təkrar parlament seçkiləri 2006-cı il mayın 13-də keçiriləcək

Siyasət Materials 10 Dekabr 2005 11:30 (UTC +04:00)
Azərbaycanda 10 seçki dairəsi üzrə təkrar parlament seçkiləri 2006-cı il mayın 13-də keçiriləcək

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev bəzi seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisi deputlarının təkrar seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Konstitusiyanın 109-cu maddəsinin 1-ci bəndi rəhbər tutularaq və Seçki Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 2006-cı il mayın 13-də keçirilməsi qərar alınıb.

Xəbər lenti

Xəbər lenti