...

Azərbaycan-Fransa birgə iqtisadi komissiyasının növbəti iclası təxirə salınıb

Siyasət Materials 10 Dekabr 2005 12:35 (UTC +04:00)

Azərbaycan-Fransa birgə iqtisadi əməkdaşlıq komissiyasının dekabrın ortalarında Parisdə keçirilməsi planlaşdırılan növbəti iclası qeyri-müəyyən vaxta təxirə salınıb. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

İclas çərçivəsində hər iki ölkə arasında iqtisadi-ticarət, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinin, mal dövriyyəsinin həcminin artırılması imkanlarının müzakirəsi planlaşdırılırdı. İclasın 2006-cı ilin birinci yarısında keçiriləcəyi gözlənilir.

İclasda iştirak etmək üçün Azərbaycan hökumətinin baş naziri və komissiyanın həmsədri Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Parisə səfər edəcək. Fransa tərəfdən komissiyaya ölkənin xarici ticarət naziri Kristin Laqart rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti