...

Zeynal Nağdəliyev Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub

Siyasət Materials 14 Dekabr 2005 19:22 (UTC +04:00)

Dekabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Yusif Hümbətov Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Zeynal Nağdəliyev Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Prezidenti növbəti sərəncamı ilə Yusif Hümbətov "Azərsu" Tikinti SC-nin sədri təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Aslan Süleymanov "Azərsu" Tikinti SC-nin sədri vəzifəsindən azad olunub.

Xəbər lenti

Xəbər lenti