...

Mahmud Məmmədquliyev: "Cənubi Qafqaz ölkələri Avropa Birliyinin "Yeni qonşuluq siyasəti" proqramına birgə qoşulacaq"

Siyasət Materials 16 Dekabr 2005 14:19 (UTC +04:00)

Azərbaycan, Gürcüstan, Ermənistan Avropa Birliyinin "Yeni qonuşuluq siyasəti" proqramına birgə qoşulacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Nazir müavini, həmçinin, dekabrın 16-da Avropa Birilyi ilə Azərbaycanın ekspertləri arasında keçiriləcək görüş barədə də məlumat verib. O bildirib ki, görüşdə əsasən "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində Azərbaycan Respublikasının Avropa Birliyi ilə əməkdaşlığına dair tədbirlər planı müzakirə olunacaq. M.Məmmədquliyevin sözlərinə görə, bu sənəd Azərbaycanın Avropa Birliyi ilə bütün sahələrdə əlaqələrinin gücləndirilməsinə, bu əlaqələrin inkişafına xidmət edəcək. O qeyd edib ki, danışıqlarda Avropa Birliyinin Qarabağ münaqişəsinin nizama salınmasında nə kimi rol oynaya biləcəyi də müzakirə ediləcək.

XİN rəsmisi onu da deyib ki, hazırda Avropa Birliyi ilə Azərbaycan arasında danışıqlarla bağlı heç bir maneə yoxdur və bundan əvvəl yaradılmış süni əngəllər aradan qaldırılıb. Nazir müavininin sözlərinə görə, Avropa Birliyi nümayəndələri ilə danışıqların ikinci mərhələsi Brüsseldə olacaq. M.Məmmədquliyevin fikrincə, bundan sonra danışıqların üçüncü raundu da keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti