...

Məhərrəm Əliyev:Müxalifətin icazəsiz mitinqi baş tutmayıb

Siyasət Materials 18 Dekabr 2005 17:29 (UTC +04:00)

"Azadlıq" blokunun icazəsiz mitinqi baş tutmayıb. Trend bildirir ki, Bakı şəhər Baş polis İdarəsinin rəisi Məhərrəm Əliyev dekabrın 18-də bu barədə jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, mitinq iştirakçılarının sayı çox az idi və cəmi 15-20 nəfər etiraz aksiyası keçirməyə cəhd edib. "N.Nərimanov" kinoteatrının qarşısındakı meydandan "onlar uzaqlaşdırılıb". "Aksiya iştirakçılarından saxlanılan oldumu?" sualına cavab olaraq BBPİ-nin rəisi bildirib ki, həbs ilə bağlı məlumatı yoxdur. Amma o istisna etməyib ki, bəziləri saxlanılıb və aksiya keçirilən yerdən uzaqlaşdırılıb. M.Əliyev qeyd edib ki, polis həmişə çalışır ki, "hər şey sakit və dinc yolla həll edilsin".

M.Əliyev bildirib ki, müxalifətçilərin etiraz aksiyası keçirmək üçün seçdiyi yerlər nəzarət altındadır. "Hesab edirəm ki, biz bu gün bunu başa çatdırdıq" -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti