...

Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın növbəti iclası 2006-cı ilin əvəlində keçiriləcək

Siyasət Materials 22 Dekabr 2005 17:00 (UTC +04:00)
Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın növbəti iclası 2006-cı ilin əvəlində keçiriləcək

Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın növbəti iclası 2006-cı ilin əvvəlində Tbilisidə keçiriləcək. Trend bildirir ki, dekabrın 22-də Bakıda Gürcüstanın xarici işlər naziri Qela Becuaşvili bu barədə bəyan edib.

Bu razılaşma onun Bakıya səfəri çərçivəsində keçirilən danışıqların yekunlarına əsasən əldə olunub. Gürcüstan XİN başçısının sözlərinə görə, "bu məsələlərin həll edilməsi üçün yaxşı zəmin vardır". "Sərhədlərin çox hissəsinin razılaşdırılmasına baxmayaraq məsələ asan deyil, açıq məsələlər isə növbəti raundda müzakirə ediləcək"-deyə nazir qeyd edib.

Gürcüstan vətəndaşı olan azərbaycanlılarla bağlı sualı cavablandırarkən nazir bəyan edib ki, Gürcüstan rəhbərliyi milliyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının öz müqəddəratını təyin etməsi və dövlət idarəçiliyində iştirakı üçün bərabər şərtlərin yaradılması prinsipi ilə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti