...

2006-ci ildə Avstriya prezidenti rəsmi səfərlə Azərbaycana gələcək

Siyasət Materials 24 Dekabr 2005 12:42 (UTC +04:00)

2006-cı ildə Avstriya prezidenti rəsmi səfərlə Azərbaycana gələcək. Azərbaycanın Xİ mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu məsələ bu günlərdə Vyanada XİN rəhbərləri səviyyəsində keçirilən məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Avstriyanın XİN-nin baş katibi Yohannes Kirlə müzakirə olunub.

Danışıqlarda edəcə də, iki ölkənin XİN-nin rəsmi şəxsləri də iştirak edib.

Tərəflər əməkdaşlığın siyasi, iqtisadi və humanitar aspektlərini, onların inkişafı yollarını, Azərbaycanın 2006-cı ildə Avropa Birliyinin sədrlik edəcəyi AB-nin "Yeni Qonşuluq Siyasəti"ndə Azərbaycanın iştirakı, qloballaşmada Azərbaycanın xarici siyasətinin prioritetləri müzakirə edilib.

Danışıqlarda əsas diqqət ölkələr arasında konsul münasibətlərinə, eləcə də bu sahədə mövcud problemlərin aradan qaldırılması da diqqət mərkəzində olub. Tərəflər həmçinin, beynəlxalq terrorizmlə mübarizə , mütəşəkkil cinayətkarlıq, insan alveri, narvotik maddələrin qanunsuz dövriyyəsi və s. məsələləri müzakirə ediblər.

X.Xələfovun səfəri zamanı Avstriya hökumətinin rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşlər də keçirilib.

Xəbər lenti

Xəbər lenti