...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 26 Dekabr 2005 13:09 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (dekabrın 19-23-də) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) növündən olan neftin bir bareli $48,93 təşkil edib ki, bu da bundan qabaqkı həftədəki (1216 dekabr) olan orta qiymətdən bir barel üçün $4,12 azdır.

Trend in məlumatına görə, ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $49,32 (22 dekabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün dekabrın 15-də təyin edilmiş qiymətdən $4,60 azdır .

Ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti$48,39 (21 dekabrə) təşkil edib ki, bu da bu sortddan olan neft üçün dekabrın 16-da müəyyən edilmiş bundan qabaqkı həftədəki minimal qiymətdən $3,18 azdır.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $56,43təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $2,69 çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $57,40 (22 dekabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sort üçün müəyyən edilən son hədd qiymətdən $2,69 çoxdur. Ötən həftə Brent neftinin bir barelinin minimal qiyməti $55,79 (19 dekabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün dekabrın 16-da müəyyən edilmiş qiymətdən $2,64 azdır.

Ötən həftə URAL (EX-NOVO) neftinin bir bareli orta hesabla Brent -ə nisbətən bir bareli $7,50 ucuz satılıb ki, bu da dekabrın 12-16-da orta göstəricisindən $1,43 çoxdur.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

2006-cı ilin imlk yarım lində Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə 2,4 mln ton neyt nəql etməya planlaşdırır. Azərbaycan Beyqəlxalq Əməlliyyat Şirkəti (ABƏŞ) Rusiyanın "Transneft" şirkətinə Bakı-Novorossiysk marşrutu ilə 1,2 mln ton neft nəql etmək barədə ilkin sorğu verib. Yanvar-mart ayları ərzində ABƏŞ "şimal" kəməri ilə analoji miqdarda neft nəql edəcəyini bəyan edib, bu ümumilikdə 2006-cı ilin birinci yarısında 2,4 mln ton edir. Bəzi məlumatlara görə, Azərbaycan 2006-cı ildə "şimal" kəməri üzrə 3,9 mln ton neft nəql edə biləcək. İlin ikinci yarısında Bakı-Novorossiylə 1,5 mln ton neft nəql edə bilər.

Xəbər lenti

Xəbər lenti