...

Vahid Azərbaycan Milli Birlik Partiyası müttəfiqləri ilə birgə blok yarada bilər

Siyasət Materials 26 Dekabr 2005 16:45 (UTC +04:00)

"Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) əməkdaşlıq etdiyi partiyalarla birgə hər hansı blok yarada bilər". Bu barədə Trend ə VAMBP sədri professor Hacıbaba Əzimov bildirib.

H.Əzimov onu da vurğulayıb ki, fəaliyyətini dayandıran Demokratik Azərbaycan Blokundan yalnız Ədalət və Azadlıq partiyalarının rəhbərləri ilə hərdən görüşür: "Millətinə, vətəninə xidmət edən və ləkələnməyən partiya rəhbərləri ilə əməkdaşlıq etməyə hazırıq".

Partiya sədri "Azadlıq" blokunda təmsil olan partiya rəhbərlərini də ittihamlayıb. Bildirib ki, onlarla birgə fəaliyyət göstərməkdənsə, tək qalmaq daha yaxşıdır: "Onlar seçkilərdən öncə millətə vəd verdilər ki, mandat uğrunda mübarizə aparmırlar. Ancaq seçkidən sonrakı fəaliyyətləri bunun əksini göstərdi. Belə insanlara bel bağlamaq olmaz".

H.Əzimov VAMBP-ın əlavə seçkilərə qatılmayacağını müxtəlif səbəblərlə izah edib.

Xəbər lenti

Xəbər lenti