...

Parlamentin qərarı ilə yanvarın 1-i və 2-si iş günü hesab edilmir

Siyasət Materials 30 Dekabr 2005 13:05 (UTC +04:00)

"Bundan sonra hər il Yeni il bayramı ilə əlaqədar olaraq yanvarın 1-i və 2-si iş günü hesab edilmir. Trend xəbər verir ki, bu barədə parlamentin dekabrın 30-da keçirilmiş iclasında qərara alınıb.

Bu qərar "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" AR-in qanun layihəsini müzakirə etmək üçün Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının parlamentə etdiyi tövsiyə əsasında qəbul edilib. Onu da bildirək ki, dəyişikliklər adıçəkilən qanunun 105-ci maddəsinə edilib.

İkinci bir dəyişikliyə görə isə, Ramazan bayramı ilə bağlı iki gün iş günü hesab olunmayacaq.

Qeyd edək ki, adıçəkilən maddədə bu bayramların hər birində bir gün iş günü hesab edilməmişdir.

Xəbər lenti

Xəbər lenti