Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev Azərbaycan-Gürcüstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının ikinci iclasının 18 noyabr 2005-ci il tarixində Gəncədə imzalanmış protokolunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə protokolun icrasını təmin etmək tapşırılıb.