...

Məkkədə mehmanxananın uçması ilə bağlı həlak olanlar arasında Azərbaycandan olan zəvvarlar yoxdur

Siyasət Materials 5 Yanvar 2006 17:19 (UTC +04:00)
Məkkədə mehmanxananın uçması ilə bağlı həlak olanlar arasında Azərbaycandan olan zəvvarlar yoxdur

Məkkədə dağıntılar altında qalaraq həlak olanlar arasında Azərbaycandan olan zəvvarlar yoxdur. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Akif Ağayev hazırda digər zəvvarlarla birlikdə Səudiyyə Ərəbistanında həcc ziyarətində olan şeyxülislam hacı Allahşükür Paşazadəyə istinadən məlumat verib.

Şeyxülislamın sözlərinə görə, QMİ-nin xətti ilə ziyarət edən bütün zəvvarlar sağ və salamatdır və ayinlərin yerinə yetirilməsini davam etdirirlər. A.Ağayevin sözlərinə görə, hazırda zəvvarlar Məkkədədirlər. Onlardan bir çoxu artıq kiçik Ümrə ziyarətini həyata keçiriblər, müsəlmanların müqəddəs yerlərinə səfər ediblər və hazırda Həccin başa çatmasını gözləyirlər.

Xatırladaq ki, yanvarın 5-də Məkkədə həcc ziyarətini həyata keçirən zəvvarların yerləşdirildiyi dördmərtəbəli bina uçub. Həlak olanlar və yaralılar var.

Xəbər lenti

Xəbər lenti