...

Əli Əliyevin çağırdığı AMİP-in bugünkü fövqəladə qurultayında yetərsay olmayıb

Siyasət Materials 21 Yanvar 2006 12:55 (UTC +04:00)

Əli Əliyevin rəhbərliyi ilə yanvarın 21-də keçirilən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fövqəladə qurultayında iştirakçıların yetərsayı (kvorum) olmayıb. Bu barədə Trend ə Əli Əliyev məlumat verib.

Qeyd edək ki, qurultay Azərbaycan Demokrat Partiyasının (ADP) akt zalında keçirilib. Saat 11.00-12.00 arasında 100-ə yaxın qurultay iştirakçısı qeydiyyatdan keçib. Lakin AMİP Nizamnaməsinə əsasən, qurultayın baş tutuması üçün iştirakçıların sayı 190-dan yuxarı olmalıdır.

Əli Əliyev bildirib ki, eyni zamanda Nizamnaməyə görə, qurultayın birinci günü yetərsay olmadıqda oradakı iştirakçıların faktiki sayı ilə ertəsi günü qurultay keçirilə bilər. Buna görə də Əli Əliyevin çağırdığı fövqəladə qurultay yanvarın 22-də yenidən keçiriləcək. Onun sözlərinə görə, qurultay iştirakçılarının faktiki sayı ilə bu qurultay baş tutmuş sayılacaq və legitim hesab olunacaq.

Xatırladaq ki, yanvarın 22-də AMİP lideri Etibar Məmmədovun rəhbərliyilə partiyanın digər fövqəladə qurultayı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti