...

Andraş Borşoni: Erməni zabitinin Budapeştdə öldürülməsi siyasi hadisə deyil

Siyasət Materials 23 Yanvar 2006 19:02 (UTC +04:00)

Ramil Səfərov tərəfindən erməni zabiti Qurqen Marqaryanın öldürülməsi məsələsi siyasi hadisə deyil və Macarıstan məhkəməsi buna tamamilə kriminal nöqteyi nəzərdən yanaşır. Trend bildirir ki, Macarıstan XİN-in siyasi məsələlər üzrə dövlət katibi Andraş Barşoni bu barədə Bakıda jurnalistlərə bəyan edib.

"Heç kim Macarıstan məhkəməsinə təzyiq göstərə bilməz. Macar hakimləri hər hansı siyasi hadisələrdən asılı olmayan qərar qərar qəbul edəcək" -deyə dövlət katibi bildirib və əlavə edib ki, qərarın ədalətlə qəbul edilməsinə əmin olmaq istəyən hər bir jurnalist yaxud vətəndaş məhkəmədə iştirak edə bilər.

A.Borşoni əlavə edib ki, Budapeştdə baş vermiş qətl faciədir. O, qeyd edib ki,bununla belə biz bunu kriminal hadisə nöqteyi nəzərindən qəbul etməliyik.

Xəbər lenti

Xəbər lenti