...

Sabir Rüstəmxanlı "Azadlıq" bloku liderlərini insan hüquqlarını pozmaqda günahlandırır

Siyasət Materials 27 Yanvar 2006 11:52 (UTC +04:00)

""Azadlıq" blokunun liderləri seçkidə qalib gəlməyib deyə, blokdan deputat seçilmiş digər şəxsləri parlamentə buraxmamaq düzgün deyil". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

O qeyd edib ki, müxalifət nümayəndələri Milli Məclisin iclaslarında iştirak etməlidir. Çünki bu, müxalifətin parlamentdə mövqeyini və birliyini möhkəmləndirə bilər: "Azadlıq blokunun seçkidə qalib gəlmiş nümayəndələrinin qarşısını kəsmək olmaz. Liderləri onları parlamentə buraxmamaqla hüquqlarını tapdalamış olurlar. Özləri hər gün insan haqlarından danışırlar, amma həm öz partiya üzvlərinin hüquqlarını pozurlar, həm də seçicilərinə hörmət etmirlər. Çünki parlament seçkisi mojaritar qaydada keçirilib və hər bir ərazidə namizədlərin öz seçiciləri var"-deyə Sabir Rüstəmxanlı bildirib.

Millət vəkili vurğulayıb ki, siyasi liderlərin seçkidə qalib gəlmiş şəxslərin seçicilərini aldatması, onlara verilən vədləri unutması yanlış addımdır və əvvəlcədən yaradılmış hay-küylü təbliğatları ilə bir araya sığmır. S.Rüstəmxanlının fikrincə, deputat seçilmiş şəxslərin hüquqlarını əlindən almaq da demokratik prinsiplərlə uyğunlaşmır.

Xəbər lenti

Xəbər lenti