...

İsgəndər Həmidov: "Müxalifətin birliyi naminə çıxış edənlərin qəti addım atdığını görməmişəm"

Siyasət Materials 27 Yanvar 2006 12:13 (UTC +04:00)

"Bundan əvvəl də, həbsxanadan çıxdığım iki ildən sonra da müxalifətin birliyi ilə bağlı bəyanat verənlərin qəti addım atmadığının şahidi olmuşam". Bu barədə Trend ə Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov bildirib.

Qeyd edək ki, müxalifətin birliyi layihəsi 2005-ci il 6 noyabr parlament seçkilərindən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimov tərəfindən irəli sürülüb.

İ.Həmidov bildirib ki, müxalifətin birliyini Allahdan istəyir: "Əgər bu baş tutacaqsa, sevinərəm. Ancaq belə görürəm ki, gələcəkdə müxalifət birləşməkdənsə, dağılmağa məhkumdur". AMDP sədri onu da vurğulayıb ki, onlar yalnız konstruktiv müxalifətlə əməkdaşlıq etmək niyyətindədir: "Sözünün kəsəri, mövqeyi olmayan müxalifətlə bir yerdə olmayacağıq", - deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti