...

Azərbaycanlı parlamentari AŞ PA-da Ermənistan tərəfindən təşkilatın müddəalarının kobud şəkildə pozulması haqqında iki sənəd yayıb

Siyasət Materials 27 Yanvar 2006 16:10 (UTC +04:00)
Azərbaycanlı parlamentari AŞ PA-da Ermənistan tərəfindən təşkilatın müddəalarının kobud şəkildə pozulması haqqında iki sənəd yayıb

Azərbaycan Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Ermənistan tərəfindən təşkilatın nizamnaməsinin müddəalarının kobud şəkildə pozulması haqqında iki sənəd yayıb. R.Hüseynovun Starsburqdan Trend ə verdiyi məlumata görə, "təşkilatın fundamental prinsiplərinə və əsas meyarlarına zidd fəaliyyətlə məşğul olan təcavüzkar Ermənistanın AŞ-yə üzvlüyünün yolverilməzliyi" adlı birinci sənəd AŞ-nin Nazirlər kabinetinə ünvanlanıb və Ermənistanın təşkilatın üzvü kimi 5 illik fəaliyyəti ilə bağlı yazılı qiymətləndirmə xarakteri daşıyır. Sənəddə göstərilir ki, Ermənistanın AŞ qarşısında öhdəliklərini müntəzəm pozması, Azərbaycanın ərazilərinin işğal olunması siyasətini davam etdirməsi, o cümlədən ölkə daxilində insan hüquqlarına münasibətdə son dərəcə mənfi mövqeyi ilə əlaqədar o, AŞ sıralarında qala bilməz.

İkinci sənəddə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazilərinə ekoloji aspektdən dəymiş zərər, bu ərazilərdə təbii sərvətlərdən qanunsuz istifadə faktı əks olunub. Bundan başqa bu işlərlə məşğul olan şirkətlərin fəaliyyətinin dayandırılması zərurəti vurğulanır. "Bu sənəd AŞ PA-nın müvafiq komitələrində müzakirəyə çıxrılacaq. Daha sonra isə müvafiq qərar qəbul olunacaq", - deyə R.Hüseynov bildirib və bu məsələ üzrə məruzəçinin təyin olunması mümkünlüyünü də istisna etməyib.

Xəbər lenti

Xəbər lenti