...

Alan Uaddams: Gələn il Azərbaycanda Avropa Komissiyasının səfirliyi açılacaq

Siyasət Materials 27 Yanvar 2006 20:17 (UTC +04:00)
Alan Uaddams: Gələn il Azərbaycanda Avropa Komissiyasının səfirliyi açılacaq

2007-ci ildə Azərbaycanda Avropa Komissiyasının (AK) səfirliyi açılacaq. Trend bildirir ki, yanvarın 27-də keçirilən mətbuat konfransında Avropa Komissiyasının Azərbaycandakı xüsusi səfiri Alan Uaddams (Alan Waddams) bu barədə bəyan edib.

O, qeyd edib ki, son illər ərzində AK tərəfindən Azərbaycanda iki böyük proqram - INOGATE və TRACECA həyata keçirilir. Bu proqramların əsas məqsədi "Qərb-Şərq" və "Şərq-Qərb" dəhlizi ilə malların tədarüküdür.

Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolu layihəsinin gerçəkləşdirilməsi məsələsində AK-nin mövqeyi necədir? - sualına cavab olaraq o, qeyd edib ki, "AK yalnız Cənubi Qafqaz regionunun yarısını əhatə edən layihələrin gerçəkləşdirilməsinə yönəldilə bilən siyasi qərarların qəbul edilməsində maraqlı deyil".

Sonda Alan Uaddams deyib ki, AK Cənubi Qafqaz ölkələrinə böyük diqqətin ayrılmasında və səylərin regional əməkdaşlığın yaradılmasına yönəldilməsində maraqlıdır.

Xəbər lenti

Xəbər lenti