...

Prezident Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibini qəbul edib

Siyasət Materials 1 Fevral 2006 20:01 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 1-də Prezident sarayında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Anatoli Kinaxın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib.

Dövlətimizin başçısı Azərbaycan ilə Ukrayna arasındakı münasibətlərin inkişaf etdiyini vurğulayaraq ölkələrimizin ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının həyata keçirildiyini qeyd edib. Prezident bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə və bu səfərin əlaqələrimizin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Anatoli Kinax əlaqələrimizin uğurla inkişaf etdirildiyini və 2005-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını qeyd edib. Qonaq Ukrayna ilə Azərbaycan arasında bərabərhüquqlu və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti