...

Müsavat Partiyası parlamentin işində və təkrar seçkidə iştirak etməyə qərar verib

Siyasət Materials 6 Fevral 2006 11:35 (UTC +04:00)

Müsavat Partiyası bu il mayın 13-də keçiriləcək təkrar parlament seçkisində iştirak etmək barədə qərar qəbul edib. Trend in məlumatına görə, bu qərar partiyanın Ali Məclisinin fevralın 5-də keçirilmiş iclasında verilib.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın qarşıda dayanan vəzifələri və 2006-cı ilə dair fəaliyyət proqramı, Müsavat Partiyasının növbəti qurultayına hazırlıq məsələləri də müzakirəyə çıxarılıb. Toplantıda çıxış edən Ali Məclis üzvləri Müsavat Partiyasının həm parlamentin işində, həm də təkrar seçkidə iştirak etməsinin vacibliyini qeyd edib. Partiyanın mövqeyi səsə qoyulub, 64 nəfər lehinə, 9 nəfər əleyhinə, 6 nəfər bitərəf olmaqla Müsavat Partiyasından olan deputatların parlamentdə iştirakına və partiya üzvlərinin təkrar seçkidə iştirak etməsinə dair qərar qəbul edilib.

Müsavatın yeni formalaşdırılacaq Mərkəzi Seçki Komissiyasında təmsil olunması məsələsinin isə partiyanın Divanında müzakirəyə çıxarılmasına qərar verilib. Partiyanın 2006-cı il fəaliyyət planının layihəsi də təsdiqlənib, həmçinin, Müsavatın qurultayının may-iyun aylarında keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti