...

Azərbaycanda ailə, qadınlar və uşaqların problemləri üzrə dövlət komitəsi yaradılıb

Siyasət Materials 6 Fevral 2006 19:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə ailə, qadınlar və uşaqların problemləri üzrə Dövlət komitəsi yaradılıb. Trend bildirir ki, fərmana əsasən qadınların problemləri üzrə dövlət komitəsi (QPDK) ləğv edilib.

Ailə, qadınlar və uşaqların problemləri üzrə Dövlət komitəsi QPDK-nin əsasında yaradılır. AR Nazirlər Kabinetinə 1 ay ərzində yeni yaradılmış dövlət komitəsinin Əsasnamə layihəsinin işlənib hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılıb.

Prezidentin sərəncamı ilə Hicran Kamran qızı Hüseynova dövlət komitəsinin sədri təyin edilib.

Xəbər lenti

Xəbər lenti