"Mən ümid edirəm ki, AB-nin yeni mehriban qonşuluq siyasəti çərçivəsində Fəaliyyət Planı Cənubi Qafqazın hər üç ölkəsi üçün 2006-cı ildə hazırlanacaq". Bu barədə Trend ə eksklüziv olaraq Avropa Birliyinin Cənubi Qafqaz üzrə diplomatik missiyasını başa vuran xüsusi nümayəndəsi Heyki Talvitiye bildirib.
"AB-nin "Yeni mehriban qonşuluq siyasəti" proqramı AB və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın inkişaf mərhələsi, eyni zamanda tərəfdaşlıq və əməkdaşlıq (PCA) haqqında əvvəllər imzalanmış sazişlərin tətbiqinin fəallaşması üçün yeni stimuldur", - deyə o qeyd edib.
"Mən ümid edirəm ki, Fəaliyyət Planı hər üç ölkə üçün 2006-cı ildə hazırlanacaq", - deyə o bildirib.
"Mən AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətimi başa vurur və regional əməkdaşlığın inkişafına və səylərin Cənubi Qafqaz regionunu bir çox əlverişli imkanlardan məhrum edən regional münaqişələrin həllinə yönəldiləcəyinə ümid edirəm", - deyə diplomat sonda bildirib.